"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Topaz Premyer Liqa həyacanı davam edir. 

Premyer Liqanın liderlər sırasında qərarlaşan "Qarabağ" səfərdə "Rəvan"ın qonağı olub. Ötən turda AZAL-a uduzan Ağdam təmsilçisi gözlənilmədən bu dəfə də xal itirib. Özü də Qurban Qurbanovun komandası məğlubiyyətdən oyunun son dəqiqələrində vurulan qol sayəsində xilas ola bilib.


Bununla belə, bu heç-heçə sayəsində "Qarabağ" "Neftçi" ilə bərabər turnir cədvəlində liderlik edir.