Avrokuboklardan iki illik uzaqlaşdırıldığı üçün maliyyə cəhətdən çətinliklər yaşamağa başlayan "Fənərbaxça" klubu iki futbolçusu ilə yolları ayırmaq qərarı alıb.

Məlumata görə, klubun baş məşqçisi Ərsun Yanal Yobo və Sərdar Kesimalın komandadan göndərilməsini istəyib. 

Hər iki oyunçuya özlərinə yeni klub tapmaları bildirilib. Ancaq həm Yobonun, həm də Kesimalın komandadan ayrılmaq istəməməsi rəhbərliklə futbolçular arasında problem yaradıb.

qol.az