İrandan ard-arda Amerikaya təhdidlər yağır.
Mia.az xəbər verir ki, Amerika tərəfindən iranlı generalın Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət xeyli gərginləşib. İran rəhbərliyi hər açıqlamasında qisas vəd edir.
Belə təhdidlərdən birini də İranın Ankaradakı səfiri "CNN TÜRK"ə müsahibəsindəö səsləndirib.
Səfir Məhəmməd Farazmand general Qasım Süleymaninin öldürülməsinin cavabsız qalmayacağını rəsmən bəyan edib: "Tramp və Pompeo çox erkən sevindi. Amma bu sevincleri uzun sürməyəcək".
Mia.az