"İl yarım ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.
Bunu Agentliyin sədri Qorxmaz Təhməzli deyib.
Onun sözlərinə görə, həmin şəxslər AQTA fəaliyyətə başlaydığı gündən bu vaxta qədər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub: "Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımız qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər".
"Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq", -deyə sədr qeyd edib.