Bu gün keçirilən AMEA-nın illik ümumi yığıncağında Akademiyanın yeni təsis olunan 2 birinci vitse-prezident vəzifəsinə (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) namizədlərin adları bəlli olub.
Mia.az xəbər verir ki, hər iki şəxsin namizədliyini Ramiz Mehdiyevin özü açıqlayıb.
Onun humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyinin irəli sürüldüyünü bildirməsindən sonra məsələ gizli səsverməyə qoyulub və qəbul olunub.
Yeri gəlmişkən, İsa Həbibbəyli budəfəki parlament seçkisində YAP-ın dəstəklədiyi namizədlərdəndir.
Mia.az