Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da parlament seçkilərinə qatılıb.

Bu barədə QAT-dan Mia.az-a verilən məlumata görə, Akif Nağı 9 saylı Binəqədi Seçki Dairəsindən parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

O, dünən namizədliyinin qeydə alınması üçün Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edib.

Qeyd edək ki, sözügedən dairədən Müsavat Divanının üzvü Nemət Kərimli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AMİP katibi Əli Orucov və digər tanınmış şəxslər də öz namizədliklərini irəli sürüblər.