“Bizdən Liviyaya hərbi qüvvə gönədərəcəyimiz barədə soruşurlar. Biz dəvət edilən hər yerə gedirik. İndi də belə bir dəvət var, gedəcəyik”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, parlament işə başlayanda gündəmə gətiriləcək ilk məsələ Liviyaya hərbi qüvvənin göndərilməsi ilə bağlı olacaq: “Bütün fəaliyyətlərimiz bu istiqamətdə gedir, məsələni parlamentdə müzakirə edəcəyik. Biz Liviyanın qanini hökumətinə, onlar, yəni müharibə baronları isə qarşı tərəfə dəstək verir. Amma unutmasınlar, Liviya bizə həm Osmanlının, həm də Mustafa Kamal Atatürkün yadigarıdır”.
Ərdoğan deyib ki, Liviyaya ordu göndərilməsi məsələsinə yanvarın 8-də parlamentdə baxılacaq.
Mia.az