Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. Toplanmış imzalarla bərabər, daşınmaz əmlakı və illik gəlirləri barədə Mərkəzi Seçki Komissiyasına arayış təqdim etmiş Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) prezidentliyə namizədi, millət vəkili Fərəc Quliyev açıqlamasında özəl əmlakı və mülkləri haqqında məlumat verməkdən imtina edib.
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı da partiyanın namizədi, millət vəkili Qüdrət Həsənquluyevin MSK-ya verdiyi arayış haqqında ətraflı məlumat vermək niyyətində olmadıqlarını qeyd edib. Partiya rəsmisi deyib ki, Q.Həsənquluyevin MSK-ya təqdim etdiyi mülkiyyətə dair sənədlərdə heç bir şey gizlədilməyib. "O özünə aid nə varsa, hamısını sənəddə göstərib. Burada maşın, ev, torpaq sahəsi və s. var”.
N.Orduxanlı qeyd edib ki, MSK namizədlərin gəlirləri, daşınmaz və digər əmlakları barədə açıqlama verməyi məqsədəuyğun hesab etmirsə, BAXCP də bunu müvafiq saymır.
Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin sözlərinə görə MSK-ya verdiyi arayışda Bakıdakı evini, maşınını qeyd edib. H.Hacıyev avtomobili kreditlə aldığını vurğulayıb: "Hələ krediti verib qurtara bilməmişəm. Hər ay 500-600 manat ödəyirəm”.
H.Hacıyev mobil telefonunu da kreditlə aldığını arayışda qeyd edib.
Hafiz Hacıyev: “Telefonumu da kreditə götürmüşəm”
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51