"Yeni Müsavat" qəzetinin rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak edəcək.

Mia.az xəbər verir ki, o, bu barədə "Facebook"dakı səhifəsində yazıb.

Bildirib ki, artıq namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb:  'Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm''. 

Qeyd edək ki, eyni dairədən "Ümid" partiyasının sədri, Rauf Arifoğlu ilə yaxın dost olan İqbal Ağazadə də namizədliyini irəli sürüb.