Türkiyənin Böyük Millət Məclisi Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumu təsdiq edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməkdaşlıqla bağlı keçirilən səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmaya səs veriblər.
Xatırladaq ki, iki ölkə arasında memorandum noyabrın 28-də imzalanıb. Memorandumunun birinci maddəsi hərbi əməkdaşlıq, ikinci maddəsi isə ölkələr arasında dəniz zonalarının ayrılmasından bəhs edir.
Qeyd edək ki, hazırda Liviyada BMT tərəfindən tanınan və Türkiyənin dəstəklədiyi qanuni hökumət qüvvələrlə general Həftərin qruplaşması arasında paytaxt Tripoli ətrafında şiddətli döyüşlər gedir. Bəzi mənbələr iddia edir ki, Türkiyə bugünkü razılaşmadan sonra Liviyaya ordu göndərəcək...
Mia.az