Tanınmış jurnalist, “Real TV”nin əməkdaşı Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb.
Mia.az xəbər verir ki, bu barədə o, "Facebook"dakı səhifəsində yazıb.
Jurnalist bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd olacaq.
O, təşəbbüsün anadan olduğu Oğuz sakinlərindən gəldiyi qeyd edib: “Mənə səs versəniz millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”.
Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-ın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.