Mia.az bəyanatı olduğu kimi təqdim edir:
"Prezident seçkiləri kampaniyası dövründə siyasi məhbuslara, fəal gənclərə, müstəqil vəkillərə, azad sözü üstün tutan və seçki yolu ilə dəyişikliklər istəyən insanlara qarşı hakimiyyətin təzyiqləri davam etməkdədir.
Belə ki, həbsdə saxlandığı müddət ərzində hər üç şəxsin mühakimə olunduğu maddələrlə bağlı istintaq hərəkətləri yetəri sürətlə aparılmır.
Yadigar Sadıqovun həbs müddətinin uzadılması barədə məhkəmənin qərarından verilmiş apellyasiya şikayəti sentyabrın 9-da baxılaraq, əvvəlki qərarın qüvvədə saxlanılması bir daha bu siyasi məhbusların seçki ərəfəsində cəmiyyətdən təcrid edilərək siyasi girov kimi saxlanıldıqlarını təsdiqləyir.
Tanınmış vəkil Aslan İsmayılovun vəkillik statusunun məhkəmə tərəfindən ləğv olunması onun son zamanlar N!DA-çıları və bloggerləri vəkil kimi müdafiə etməsi ilə əlaqəlidir və məhkəmənin bu qərarı siyasi sifarişlə çıxardığı şübhə doğurmur.
Şərlənərək həbsə atılan N!DA-çılar, İlkin Rüstəmzadə, Hacı Taleh və digərlərinin heç bir gerçək istintaq aparılmadan zindanda saxlanması fəal gənclərə qarşı hakimiyyətin daha amansız mübarizə apardığının göstəricisidir.
Müsavat Partiyası siyasi məhbuslara, müstəqil vəkillərə və gənclərə qarşı həyata keçirilən bu hərəkətləri seçki kampaniyası dövründə siyasi pepressiyaların davamı, demokratiya uğrunda mübarizə aparan insanların mübarizə əzminin qırılmasına yönəldiyini, hakimiyyətin bu səylərinin istədikləri nəticəni verməyəcəyini bəyan edərək, hakimiyyətə seçki kampaniyası dövründə repressiyalara son qoyulmasını və bu halları törədən insanların qanun qarşısında cəzalandırılmasını tələb edir".