Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident baş verib.

Məlumata görə, paytaxtın Lubyanka rayonunda yerləşən FTX-nin binası önündə bu gün axşam saatlarında naməlum şəxs odlu siladan atəş açıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir . Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata əsasən, odlu silahdan atəş açan şəxs zərərsizəşdirilib.

Məlumata görə, hadisə zamanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir əməkdaşı da həlak olub.

Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumata yayıb.

Baş vermiş insidentlə əlaqədar Bolşaya Lubyanka küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda metronun Lubyanka stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulub.

Qeyd edək ki, Rusiya KIV-lər hadisə nəticəsində üç nəfərin öldürüldüyü barədə məlumat yayıb/APA.