Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya vurulub.

Hadisə Tbilisinin Vera rayonunda baş verib.

Məlumata görə, Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır.

Bu barədə T.Qamsaxurdiyanın qardaşı Konstantin Qamsaxurdiya bildirib. O deyib ki, qardaşına sinə nahiyəsindən xəsarət yetirilib və hazırda təcili əməliyyat olunur.

Yerli mətbuatın yazdığına görə, T.Qamsaxurdiya soyuq silahla yaralanıb. Ona keçmiş qonşusu David Bacelidzenin xəsarət yetirdiyi bildirilir. 2009-cu ildə T.Qamsaxurdiya D.Bacelidzeni yaraladığına görə saxlanılıb.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başlanılıb/Report.