Ağstafa rayonun icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunduğu deyilən müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə tutur.

Yenisabah.az xəbər verir ki, Ramiz Tatarov YAP-ın Ağstafa rayon təşkilatının sədridir.

Xatırladaq ki, Nizaməddin Quliyevlə Ramiz Tatarovun həbsi barədə məlumat bu gün yayılıb. Onların korrupsiya ittihamı ilə həbs olunduğu bildirilir.