Misirin Əl-Manufiya əyalətində yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” RT-yə istinadən xəbər verir ki, hadisə Qahirə-Xurqadoy arasındakı trasda qeydə alınıb. 

Yük avtomobili fəhlələri işə aparırmış.

Faktla bağlı araşdırma aparılır.