AMİP lideri və partiyanın ilk sədri Etibar Məmmədovun oğlu Ayxan Məmmədov da parlament seçkilərində iştirak edəcəyi haqda xəbər yayılıb.
Məsələ ilə bağlı Mia.az-a açıqlama verən partiya funksioneri Əli Orucov deyib ki, Etibar Məmmədovun oğlu barədə yayılan məlumatın dəqiqləşdirilməsinə ehtiyac var:
"AMİP liderinin oğlu Ayxan Etibaroğlu ötən il ABŞ-da Corc Vaşinqton Universitetində siyasi menecment ixtisası üzrə magistr təhsili alaraq Bakıya qayıdıb.
O, ölkənin işıqlı gənclərindəndir və partiyanı Gənclər Təşkilatının sədridir. A.Etibaroğlunun ölkənin perspektivli və yüksək hazırlıqlı gənclərindən biri kimi siyasi gələcəyinə böyük ümidlər var.
Hesab edirəm ki, Azərbaycan onun potensialından istifadə edəcək.
Qaldı A.Etibaroğlunun növbədənkənar parlament seçkilərində iştirakına, mən bildiyim qədər bu, gözlənilmir".