Xətai rayonu İcra Hakimiyyətinin sabiq başçısı, hazırda "Borçalı” Cəmiyyətinin sədri olan Zəlimxan Məmmədli növbədənkənar parlament seçkilərinə qatılıb.

Mia.az xəbər verir ki, u barədə onun özü açıqlama verib.

Zəlimxan Məmmədli bildirib ki, artıq sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib: "Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiqi üçün tələb olunan sənədləri təqdim etdim. Dostlarınızla qərarımizin doğru olduğunu düşünürük”.

Xatırladaq ki, Z.Məmmədli AXC iqtidarı dövründə həmin rayona başçılıq edib.