Şirvan Apellyasiya Məhkəməsi Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayətini təmin etməyib.

"Media forum” saytı bildirir ki, Yadigar Sadıqov Lənkəran Rayon Məhkəməsinin onun barəsində seçdiyi həbs qətimkan tədbirini bir ay uzatmasından şikayət etmişdi.

Şikayətə sentyabrın 9-da baxılıb. Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yadigar Sadıqov silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Avqustun 24-də həbs qətimkan tədbiri bir ay müddətinə uzadılıb.