Milli Məclisin deputatı Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb. 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın katibi Arifə Muxtarova qeyd edib ki, Zahid Məhərrəm oğlu Orucun namizədliyi özü tərəfindən irəli sürülüb. Onun təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.