Moldova prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizəd olacağını istisna etməyib.

Bu barədə o, yerli TV8 telekanalının efirində bildirib.

"İstisna etmirəm ki, ikinci müddətə prezidentliyə namizəd olacam", - Dodon bildirib.

O, qeyd edib ki, hazırda qəti qərar qəbul etməyib.

Dövlət başçısı əlavə edib ki, bu qərar öz komandası və xalqla birlikdə qəbul ediləcək/Report.