Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev sentyabrın 9-da "Media forum” saytına danışıb. O deyib ki, komitə mitinq keçirilməsinə hər zaman hazırdır: "Milli Şuranın sentyabrın 3-də keçirilən sessiyasında komitə mitinq keçirilməsi ilə bağlı təklif verdi. Yəqin ki, növbəti sessiyada mitinqin keçirilməsi barədə qərar çıxarılacaq. Komitə mitinqin keçirilməsinə hər zaman hazırdır.
Namizədin seçki kampaniyası da başlamaq üzrədir. Sözsüz ki, indiki mitinqlər eyni zamanda namizədin seçki təbliğatına, seçki platformasının seçicilərə çatdırılmasına yönəldiləcək”.
Asəf Quliyev bildirib ki, növbəti mitinqin keçirilməsi üçün Bakı metrosunun "Dərnəgül” stansiyasının qarşısını nəzərdə tutublar: "Ora mitinqin mühafizəsi üçün daha əlverişli ərazidir. Eyni zamanda Şuranın seçkidəki namizədi Cəmil Həsənlinin təbliğatının aparılması üçün Bakının bütün rayonlarında mitinqlərin keçirilməsi lazımdır. Nərimanov rayonu seçiciləri ilə görüşü 20-ci sahədə və ya başqa yerlərdə keçirmək olmaz”.