Azərbaycan Demokrat Partiyasından respublika prezidentliyinə namizədliyi irəli sürülmüş ADP sədri Sərdar Cəlaloğlunun imzatoplama kampaniyası başa çatıb.

Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan xəbərə görə, qısa müddət ərzində S.Cəlaloğlunun prezidentliyə namizədliyini müdafiəsi məqsədi ilə respublika ərazisindən 40 mindən artıq seçici imzası toplanıb seçki qərargahına təhvil verilib. Hazırda toplanmış imzaların ekspertizasi və yekun hesabatı hazırlanmaqdadır. Günün sonuna qədər toplanmış imzalar və prezidentliyə namizədin qeydə alınması ilə bağlı tələb iolunan sənədlərin Mərkəzi Seçki Komissiyasına təhvil verilməsi gözlənilir.