ReAL Hərəkatının lideri, prezidentliyə namizəd İlqar Məmmədovun imzatoplama kampaniyası başa çatıb. Bu barədə virtualaz.org-a məlumat verən ReAL Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli bildirdi ki, imzatoplama kampaniyası dünən başa çatıb: "İmzatoplama kampaniyası uğurla başa çatdırıldı. İmza vərəqələrinin böyük hissəsi İlqar Məmmədov tərəfindən imzalanıb. Qalan hissəsi isə bir neçə saatdan sonra vəkillər tərəfindən İlqar Məmmədovun yanına aparılacaq. Həmin vərəqələr də imzalandıqdan sonra sənədlərimiz tam hazır olacaq”.
N.Cəfərli İ.Məmmədovun seçkilərdə iştirakının qeydə alınması üçün toplanan imzaların bu gün günün ikinci yarısından sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirdi.