"Parlamentdə çoxluq təşkil edən YAP üzvləri V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələni müzakirəyə çıxarmaq üçün mənə müraciət ediblər".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
"Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək", - deyə O.Əsədov vurğulayıb.