ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Ceyms Uorlik artıq Azərbaycana gəlib. Bu barədə səfir öz "twitter" səhifəsində yazıb.

Diplomatın sabah Bakıda mətbuat konfransı keçirəcəyi gözlənilir. C. Uorlik regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasına başlamaqdır. Səfər sentyabrın 10-da başa çatacaq.

Bu yeni həmsədrin bu postda regiona ilk səfəridir.

Xatırladaq ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib.