Keçmiş maliyyə naziri Fikrət Yusifov Ana Vətən Partiyası (AVP) sədrinin müavini təyin edilib.

 Bu barədə Partiyadan Mia.az-a verilən məlumata görə, Fikrət Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini postunu tutub.

Xatırladaq ki, Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.

O, 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.