Ermənistanın Tavuş vilayətinin Noyemberyan şəhərində yerləşən Dilican təlim mərkəzində 2000-ci il təvəllüdlü, sıravi əsgər Vaan Muşeqyan ipdən asılı halda aşkar edilib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
Əsgərin intihar etdiyi ehtimal olunur.
Hadisə ilə bağlı cinayət işi başlanılıb/Report.