Gürcüstanın hökumət administrasiyasının binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Buna səbəb müxalifət partiyaları nümayəndələri və ictimai fəalların bu gün saat 11:00-a hökumət binası qarşısında təyin etdikləri etiraz aksiyasıdır.

Aksiyada seçki sisteminin dəyişdirilməsi tələb olunacaq.

Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub.

Hazırda Nazirlər Kabinetinin binasında hökumətin iclası keçirilir/Report.