Mia.az xarici mətbuata istinadla bildirir ki, hazırda aksiya ilə bağlı tədbirlər davam etdirilir.
Bu arada İran prezidenti Ruhani benzinin qiymətinin qalxmasını ölkədəki təlabat və qaçaqmalçılarla əlaqələndirib.
O deyib ki, qiymət artımından əldə edilən gəlir yoxsul ailələrə xərclənəcək.
Onu da qeyd edək ki, İrandakı aksiyalarda 30-a yaxın insanın öldüyü də bildirilir. Lakin hələ də rəsmi Tehran ölüm faktlarını "bir neçə nəfər ölüb" açıqlaması ilə "başdan" edir.
Mia.az