Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə bağlı yeni açıqlama verib.
Mia.az xəbər verir ki, Modern.az-a danışan Rəsul Quliyev üzvü olduğu Milli Şuranın seçkilərdə qalib gələ bilməyəcəyini etiraf edib.
"Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram. Mən qeyd etdim ki, Cəmil Həsənlini dəstəkləyəcəyəm, demədim ki, onun udacağına inanıram. Sadəcə olaraq bəzi adamların "Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi” kimi cəfəngiyyatının əvvəlcədən qarşısını almaq istəyirəm”.
Qeyd edək ki, Milli Şurada təmsil olunmasına baxmayaraq, Rəsul Quliyev quruma qarşı əks münasibət sərgiləyir.