Bu gün Müsavat Partiyasının qərargahında Milli Şuranın Seçki Qərargahının fövqəladə toplantısı keçiriləcək.
Seçki Qərargahından verilən məlumata görə, toplantıda imzatoplanması prosesinin yekunları müzakirə olunacaq və seçki kampaniyasının digər mərhələləri ilə bağlı fikirlər dinləniləcək. Eyni zamanda Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq seçki kampnaiyasının hər mərhələsində tələb oluna işlər yerinə yetiriləcək.