Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında YAP-ın nümayındəsi ilə bağlı qərar verib.
Mia.az xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün - deputat Aydın Mirzəzadənin təsdiq edilməsi məsələsinə baxılaraq, qəbul edilib.