Rusiyanın Sankt Peterburq şəhərində keçirilən Böyük İyirmilik ölkələrinin sammiti zamanı plan qəbul edilib. 

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, G20 ölkələrin liderləri, dünya iqtisadiyyatının inkişafına yönələn və yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan "Sankt-Peterburq Planı" adlı sənədi təsdiq ediblər. 

Rusiya maliyyə naziri Anton Siluanovun sözlərinə görə, planda investisiya mühitini stimullaşdırmaq və borc kəsirləri azaltmaq kimi məsələlər də əks olunub.

Anton Siluanov G20 sammitində beynəlxalq vergi hüquq təkmilləşdirilməsi planının da təsdiq olunduğunu bildirib.