"Space” TV-də yayımlanan "Sadə həqiqətlər” verilişinin növbəti qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev olub.
Mia.az xəbər verir ki, o, efirdə ayaqqabısını soyunaraq məmurlara nümunə göstərib: "Baxın, 17 manata almışam, baxın burasına tikiş vurulub, su buraxır...".
Hafiz Hacıyev daha sonra qolundakı saatı da çıxarıb, deyib ki, bunu da qaraçılardan 32 manata alıb: "Bəzi məmurlar və onların baları kimi 2 milyonluq saat taxmıram ki, başımdan vurub alsınlar?".
Daha sonra o, köhnə telefonunu da nümayiş etdirib.
Bununla yanaşı, partiya sədri hakimiyyətdəki bəzi məmurlarla müxalifətin əlbir olduğunu iddia edib: