Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrının 10-11-də Ermənistanda səfərdə olacaq. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə məlumata verib.

"S.Lavrov səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Tərəflər ikitərəfli münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər", - deyə o qeyd edib/Report.