"Musavat.com”a açıqlamasında Köçəri Nağıbəyli deyib ki, Milli Şuranın bütün qərarlarına sayğı ilə yanaşır, onlara sadiqdir: "Cəmil Həsənli bizim prezident seçkisində namizədimizdir. Biz seçki prosesində onu dəstəkləyəcəyik. Heç yerdə EL hərəkatının adından çıxım etməmişəm. İlqar Məmmədovun namizədliyinin qeydə alınması üçün imza vermək mənim şəxsi təşəbbüsümdür. Fikrimcə, hakimiyyətlə ardıcıl mübariz insan kimi onun namizədliyinin qeydə alınmasına dəstək vermək Azərbaycanda demokratiya uğrunda çalışan bütün vətəndaşların borcudur.
Dünən Milli Şuranın üzvü Rəşid Hacılı öz "Facebook” səhifəsində İlqar Məmmədovun namizədliyinin qeydə alınmasına səs verməyə getdiyini yazmışdı. Bu, yetərincə normal yanaşmadır və Milli Şura ilə bağlı hər hansı öhdəliyin pozulması anlamına gəlməməlidir”.