Müsavat Partiyası Bakıda piket keçirmək istəyir.
Mia.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsi ilə bağlı meriyaya rəsmi məktubla müraciət edilib.
Xatırladaq ki, Müsavat noyabrın 10-da Baknı mərkəzində aksiya keçirmək istəyirdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti dünən partiyaya cavabında aksiyanın şəhərin mərkəzində deyil, Lökbatanda keçirilməsini məqsədəuyğun sayıb. Bu cavaba görə isə, partiya piket keçirmək qərarı verib.