Pakistanda sərnişin qatarındakı partlayışdan sonra baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Pəncab əyalətinin Liyakatpur şəhəri yaxınlığında qeydə alınıb.
Qatar Karaçidən Ravalpindiyə doğru hərəkət edirmiş.