Mia.az xəbər verir ki, o, bu barədə bugünkü çıxışında danışıb.
Ərdoğan qeyd edib ki, terror qruplaşması ilə bir masaya oturmaları qətiyyən mümkün deyil: "Bununla bağlı vasitəçilik etmək istəyənləri də əsla qəbul etmirik, etməyəcəyik də. Terror qruplaşması nəzərdə tutulan güvənli bölgədən çəkilməlidir. Əgər 150 saatın tamamında çəkilməzlərsə, o zaman Türkiyə ordusu gərəyini həyata keçirəcək, onları bu bölgədən təmizləyəcəyik".
Ərdoğan çıxışında təhlükəsiz bölgədə inşa olunacaq infrastruktura da toxunub: "Avropa ölkələri bununla bağlı Türkiyəyə dəstək verməlidir. Ki, suriyalı qaçqınları ora yerləşdirə bilək. Əgər verməzlərsə, o zaman sərhədləri açarıq, köç dalğası Avropaya yönələr".
Yeri gəlmişkən, xatırladaq ki, dünən Rusiya prezidentinin mətbuat katibi Peskov da Türkiyə ilə anlaşmadan danışıb.
O bildirib ki, PKK/YPG/PYD anlaşmada nəzərdə tutulan bölgədən çıxmalıdır:
"Əgər çıxmazlarsa, o zaman Türkiyə ordusu ilə üz-üzə qalacaqlar. Və heç kim onları qorumayacaq".
Mia.az