"Qalatasaray" klubu futbolçusu Kazım Kazımı yenidən icarəyə göndərib. İstanbul klubunun cari çempionatda oynadığı üç oyunda da forma geyinə bilməyən yarımmüdafiəçi 2013/2014 mövsümündə "Bursaspor"da çıxış edəcək.

Bu barədə Bursa təmsilçisinin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib .

Qeyd edək ki, 27 yaşlı futbolçu bundan əvvəl "Olimpiakos" və "Bləkbörn"də icarə əsasında oynayıb.