"Çala kəndindəki minarənin sökülməsinin dinlə heç bir əlaqəsi yoxdur. Minarə qanunsuz tikilib”.

ANS PRESS-in newsgeorgia.ru-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstanın xaricdə akkreditə olunmuş səfirlər və xarici nümayəndələr qarşısında çıxış edərkən bu sözləri deyib. 


İvanişvili çıxışında, "Dini hisslərə hörmət nəinki bizim milli ənənəmizdir, eyni zamanda Gürcüstan Konstitusiyasının fundamental dəyərlərindən biridir. Məhz bu səbəbdən düşünürəm ki, Çala kəndindəki insidentin dini dözümsüzlüklə əlaqəsi yoxdur. Minarənin tikintisi qanunsuzdur və dövlət buna göz yuma bilməz!" - deyərək fikrini bildirib.