"Suriyaya istənilən hərbi hücum regionu, ABŞ-ı, İsraili və müttəfiq ölkələri qarışdıracaq və uzun müddətə xaos və qeyri-sabitlik yaradacaq”. Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həcən Firuzabadi "Fars” agentliyinə müsahibəsində deyib.

General bildirib ki, hücum başqa ölkələr üçün də böyük problemlər yaradacaq: "Hərbi müdaxilə Rusiyaya Qafqazı itirmək hesabına başa gələcək. Kremlin müdafiə xətti içərilərə doğru çəkiləcək”. 

İranlı generalın sözlərinə görə, hərbi müdaxilə reallaşsa, İsrail ağır cavab zərbəsi alacaq.