Sülhəddin Əkbər: “Nə partiya yaradıram, nə də ACP-dən gedirəm”
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər yeni siyasi partiya yaratması, eləcə partiya lideri Rəsul Quliyevlə yollarının ayrılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Modern.az-a açıqlama verən S. Əkbər deyilənlərə təkzib edib.
Partiya sədri ACP-da getmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, Rəsul Quliyevlə də münasibətlərdə hər hansı problem yoxdur.
"Bunlar hamısı yalandır. Nə partiya yaratmıram, nədə ACP-dan getmək fikrim yoxdur. Sadəcə partiyamıza qarşı yönələn böhtandır”-deyə S.Əkbər qeyd edib.
Xatırladaq ki, ötən həftə mətbuatda Slühəddin Əkbərin ACP-dan çıxaraq yeni partiya yaratması haqda məlumatlar dərc olunmuşdu.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51