"Nobel sülh mükafatına sahib olan Barak Obamanın Suriyaya qarşı hərbi müdaxilənin gözlənilən qurbanlarını düşünməlidir". Rusiya prezidenti Vladimir Putin bunu Suriyaya gözlənilən hərbi müdaxiləyə münasibət bildirərkən deyib (anspress).
Onun sözlərinə görə, Suriyada əsgərlər hazırda hücum mövqeyindədirlər və müxtəlif bölgələrdə müxalif qüvvələri mühasirəyə alıblar. "Bu şərtlər altında onların kimyəvi silahdan istifadə etməsini iddia etmək axmaqlıqdır".
Putini İngiltərənin Suriya müdaxilə barədə səsvermə keçirməsidə çox təəcübləndirib. "ABŞ-dan olan həmkarlarımız Suriya hökumətinin kimyəvi silah istifadə etdiyini və əllərində sübutların olduğunu deyirlər. Əgər belə sübutlar varsa, bunu BMT mütəxəssislərinə və Təhlükəsizlik Şurasına göstərsinlər. Bunu edə bilmirlərsə, sübutları yox deməkdir".