Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə tarif) maaşlarının artırılması haqqında da sərəncam verib.
Mia.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da orta hesabla 10 faiz artırılıb.
Xatırladaq ki, sözügedən xidmətin rəhbəri general Arzu Rəhimovdur.