Bu gün Türkiyə ordusu Suriyanın şimalına daxil olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk ordusu Suriyanın şimalında, Fərat çayının şərqini zəbt etmiş PKK/PYD/YPG qüvvələrini oradan çıxarmaq üçün gözlənilən "Barış pınarı" adı verilən hücuma start verib.

Əməliyyatla bağlı açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, ordu öz işini görür: "Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.