"Fənərbaxça" klubu iki il ərzində Avropa kuboklarında oynaya bilməyəcək.
Qeyd edək ki. bundan əvvəl məhkəmə qitənin ali futbol qurumunun verdiyi bu qərarı dondurmuşdu. Bu səbəbdən "Fənərbaxça” Çempionlar Liqasının pley-off mərhələsində oynaya bilirdi.
Ancaq bu gün verilən son qərara əsasən "Fənərbaxça"nın iki il avrokuboklardan kənar qalacağı rəsmiləşib. UEFA-nın bu qərarı bu ildən qüvvəyə minib.
Qeyd edək ki, İstanbul təmsilçinin danışılmış oyunlarda iştirakı sübuta yetirildiyi üçün belə qərar çıxarlıb.