"Qarabağ" və "Xəzər Lənkəran" fanatları dalaşdı, 1 nəfər bıçaqlandı
Premyer Liqanın 3-cü turunun "Qarabağ"- "Xəzər Lənkəran" oyunundan sonra xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ" azarkeşi "Xəzər Lənkəran" fanatını bıçaqlayıb.
Qeyd edək ki, bu gün baş tutan "Qarabağ"- "Xəzər Lənkəran" qarşılaşmasında hesab 2-0 "Qarabağ"ın xeyrinə olub.
***
"Qarabağ” – "Xəzər Lənkəran” oyunundan sonra gərginlik yaranıb. Fanat.az xəbər verir ki, iki komandanın azarkeşləri üz-üzə gəlib.
Matç başa çatandan sonra "Bakcell Arena”nın çölündə "Qarabağ” və "Xəzər Lənkəran”ın bir qurup fanatı arasında mübahisə yaranıb. Olaya polis müdaxilə edib. Asayiş keşikçiləri "Xəzər Lənkəran” azarkeşlərindən birini saxlasa da, ərazidə yaşayan sakinlər onu polisin əlindən almağa nail olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11