Milli Şura Aparatının rəhbəri Eldar Namazov diplomatik korpus nümayəndələri ilə keçirilən görüşün təfərrüatlarını açıqlayıb.
E.Namazov qeyd edib ki, görüşdə C.Həsənli avropalı diplomatların suallarını cavablandırıb.
"Bu görüşdə Avropa Birliyinə daxil olan ölkələrin səfirliklərindən, Türkiyə səfirliyindən, ATƏT-dən, siyasət sahəsi üzrə məsul diplomatlar iştirak edirdilər. Görüş Milli Şura Aparatının təşkilatçılığı ilə baş tutub. Görüş Milli Şuranın son qərarı, prezident seçkilərində Milli Şuranın baxışları və Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənli ilə tanışlıq məqsədi daşıyırdı. Cəmil müəllim diplomatlar qarşısında çıxış elədi, onların çoxsaylı suallarını cavablandırdı. Çox maraqlı və hər iki tərəf üçün faydalı görüş oldu”, - deyə E.Namazov deyib.